Rio-de-Janeyro şəhərində  gələcəyin muzeyi açılacaq

Rio-de-Janeyro şəhərində  gələcəyin muzeyi açılacaq
15:48 21 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Braziliyanın Rio-de-Janeyro şəhərində gələcəyin muzeyi açılacaq. Layihənin müəllifi ispan memarı Santyaqo Salatravadır.
AZƏRTAC Arxinovosti saytına istinadla xəbər verir ki, 18 metr hündürlükdə olan muzeyin ümumi sahəsi 7 min kvadratmetrdən çoxdur. Muzeyin üst mərtəbəsində yerləşən sərgi salonlarından ətrafa gözəl mənzərə açılır. Onun tikintisində innovasiya və dizayn işlərindən məharətlə istifadə olunub. Muzeyin 75 metrlik yerüstü hissəsi sanki göydə uçan quşu xatırladır.
Layihədə həmçinin Braziliyanın milli motivləri öz əksini tapıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rio_de_Janeyro_seherinde__geleceyin_muzeyi_achilacaq-912944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR