Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sumqayıt” elektrik stansiyasında istehsal artıb

“Sumqayıt” elektrik stansiyasında istehsal artıb

Date: 21 December 2015 15:53


Bakı, 21 dekabr, AZƏRTAC
“Sumqayıt” elektrik stansiyası (ES) bu ilin noyabr ayında 288,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib. Ötən 11 ayda isə bu rəqəm 2 milyard 715,9 milyon kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, son uc ayda bu stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlığa texniki xidmət göstərilib.
“Sumqayıt” ES iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edib. Bundan əlavə, elektrik stansiyasının enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.

Tags:  Sumqayıt elektrik stansiyasında istehsal artıb


RƏYLƏR


Top news