Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Date: 21 December 2015 16:03

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2016-cı ilin birinci qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təqdim edildiyini bildirib.

Katibliyin icraçı direktoru, həmçinin müsabiqənin şərt və qaydaları ilə bağlı sessiya iştirakçılarına ətraflı məlumat verib. F.Qurbanov QHT-ləri daha effektiv və cəmiyyət üçün aktual mövzularda layihə təklifləri ilə çıxış etməyə çağırıb.

Sessiyanın sonunda QHT nümayəndələrinin sualları cavablandırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  QHT-lər məlumatlandırma sessiyası keçirilib FOTO

RƏYLƏR


Top news