"Qəbələ"dən ayrılan futbolçu Paraqvay klubunda

"Qəbələ"dən ayrılan futbolçu Paraqvay klubunda
16:07 21 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Dünən "Qəbələ" ilə yollarını ayıran Derlis Meza Kollinin yeni iş yeri müəyyənləşmək üzrədi. Fanat.az хəbər verir ki, paraqvaylı futbolçu vətənində "Serro Porteno" klubu ilə anlaşıb.

Bu barədə yerli mətbuat məlumat yayıb. Tərəflər arasında ilkin razılıq olsa da, hələ müqavilə imzalanmayıb. Meza Kolli özü də açıqlamasında bu klubda oynamaq istədiyini etiraf edib: "Serro Porteno" kimi böyük bir klubda oynamaq mənim üçün yuхu kimi bir şeydi".

Qeyd edək ki, Derlis Meza Kolli "Qəbələ"dən başqa Bakı "İnter"ində, Yunanıstanın "Atromitos", "Etnikos", "PAS Giannina", "Messiniakos", İtaliyanın "Cesena" və "Pavia" klublarında oynayıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotdn-ayrlan-futbolcu-paraqvay-klubunda-t46313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR