Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı"

Azad Suriya Ordusunun komandanı: "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı"

Date: 21 December 2015 16:12

Bakı. 21 dekabr. REPORT.AZ/ "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Azad Suriya Ordusunun (ASO) Baş Qərargahının rəisi, briqada generalı Əhməd Xalid Barri deyib.
Onun sözlərinə görə, Suriyanın təyyarələri İŞİD-i vurmaq yerinə, Azad Suriya Ordusunun mövqelərini bombalayır: "Rusiyanın dəstəyi olmasaydı, Bəşşar Əsəd rejimi üç aya çökərdi".
Qeyd edək ki, ötən gün Rusiya təyyarələrinin Suriyanın İdlib şəhərində yaşayış yerini bombalaması nəticəsində 40 dinc sakin həyatını itirib. 

Tags:  Azad Suriya Ordusunun komandanı Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı

RƏYLƏR


Top news