Həmyerlisi Messinin üzünə tüpürdü - ŞOK

Həmyerlisi Messinin üzünə tüpürdü -   ŞOK
16:27 21 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

Klublararası dünya çempionatının finalında Argentinanın "River Pleyt" klubunu yenən "Barselona" Tokio hava limanında хoşagəlməz halla üzləşib. Fanat.az хəbər verir ki, İspaniyaya dönməyə hazırlaşan Kataloniya klubu aeroportda argentinalı azarkeşlərin etirazı ilə qarşılaşıb.


Fanatların fitə basdığı komandanın üzvlərinə hücum da olub. 90 dəqiqə ərzəndə hər dəfə top ayağına gələn zaman fitə basılan argentinalı Lionel Messi də hədəfə çevirilib. Bəzi həmyerliləri onu təhqir edib, hətta bir fanat futbolçunun üzünə tüpürüb. 


İddialara görə, Messi onun hərəkətini cavabsız qoymayaraq azarkeşə yumruq atıb. Argentinalı ulduzu baş məşqçi Luis Enrike və uruqvaylı həmkarı Luis Suares sakitləşdirib. 





Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hmyerlisi-messinin-uzun-tupurdu-t46315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR