Neft Fondu 2 milyard dollaradək qənaət edəcək

Neft Fondu 2 milyard dollaradək qənaət edəcək
16:27 21 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) manatın devalvasiyasına görə 2016-cı ildə təqribən 2 milyard dollara qənaət edəcək.

Bunu Trend-ə Fonddan deyiblər.

Bununla belə, SOFAZ dövlət büdcəsinə transfertlər daxil olmaqla, cari il üçün bütün xərc maddələrini artıq bağlayıb.

Fonddan bildiriblər ki, SOFAZ dekabrda dövlət büdcəsinə 980 milyon manat transfert etməklə ödənişləri planlaşdırılan 8,13 milyard manata çatdırıb: "Bununla əlaqədar Fond 2015-ci ildə manatın devalvasiyasından vəsaitlərin qənaət edilməsini gözləmir".

2016-cı ilə gəlincə, SOFAZ konvertasiya nəticəsində 1,94 milyard manata qənaət etməyi planlaşdırır: "Fondun 2016-cı il üçün büdcə layihəsinə əsasən, xərclər 8,26 milyard manat və ya layihənin təsdiq edildiyi dövrdə qüvvədə olan 1,05 AZN/USD məzənnəsi üzrə 7,87 milyard dollar təşkil edir. 2016-cı ildə Fondun bütün xərclərindən "Cənub Qaz Dəhlizi" və Bakı-Tbilisi-Qars layihələrinə çəkilən xərclər 1,87 milyard dollar məbləğində nəzərdə tutulub. Qalan xərclər 6,3 milyard manat məbləğində nəzərdə tutulub ki, bu da yeni məzənnə üzrə hesablaşma zamanı 4,07 milyard dollar təşkil edir (devalvasiyadan əvvəlki 6 milyard əvəzinə). Beləliklə, bu, gələn il konvertasiyadan 1,94 milyard dollar qənaət etməyə imkan yaradacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR