Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Miri Yusif Funda Ararla qalmaqalından danışdı - video

Miri Yusif Funda Ararla qalmaqalından danışdı -  video

Date: 21 December 2015 16:41

Müğənni Miri Yusif türkiyəli ifaçı Funda Ararla aralarındakı mahnı qalmaqalının aqibətindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi onun müəllifi olduğu “Bağışla” adlı mahnını oxuyan və başqa bəstəkarın adını qeyd edən Fundanı məhkəməyə verib.

M.Yusif “Onlar”a açıqlamasında məhkəmə prosesinin yaxın günlərdə başa çatacağını bildirib:

“Türkiyə tərəfi dava yox, dost olmaq istəyirlər. Deyirlər ki, əgər mahnı sizindirsə, adı dəyişdirib, sizin ismi yaza bilərik. Mən elə bu addımı da gözləyirdim. Yaxın günlərdə yekun qərar veriləcək”.

Qeyd edək ki, daha öncə Miri Yusifin ifasında səslənən mahnını Funda Arar MC Muraddan icazə aldığını söyləyib. M.Yusif isə mahnının onu olduğunu və türkiyəli ifaçını məhkəməyə verəcəyini deyib. MC Murad isə M.Yusifin dəfələrlə onun müəllif hüquqlarını pozduğunu və bəstələrində müəllif kimi özünü qeyd etdiyini vurğulayıb.




Tags:  Miri Yusif Funda Ararla qalmaqalından danışdı video

RƏYLƏR


Top news