Dollar Bakıda ticarəti öldürdü: bahalaşma

Dollar Bakıda ticarəti öldürdü: bahalaşma
16:46 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bütün şirkət və firmalar bu gündən pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb.

Axşam.az Virtualaz.org saytına istinadən xəbər verir ki, hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki, ilk olaraq “Azərsun” firması məhsul satışını dayandırıb.

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindəki topdansatış mərkəzlərində qiymətlər artırılmayıb. Lakin firmalar məhsul sifarişi qəbul etməyib.

Topdansatış mərkəzinin satıcısı Samir Ağayevin sözlərinə görə, bu gündən “Ankor”, “Avrovest”, “Bakxolodelnik” firmaları sifariş qəbul etməyib. Həmçinin siqaret və alkoqollu içkilərin satışı da dayandırılıb:
 
“Bu gün “Siyəzən”, “Səba”, “Giləzi” firmalarından toyuq və toyuq əti, yumurta gətirilib. Amma sifariş dünəndən verildiyindən qiymətlərin artırılıb-artırılmayacağını bilmirik. Hazırda toyuq və toyuq ətinin qiyməti 2 manat 30 qəpik-3 manat 30 qəpik arasındadır. Yumurtanın bir ədədini isə 13 qəpikdən satırıq. Sabahdan qiymətlərin 50 faiz artırılacağını güman edirik”.

Hazırda topdansatış mərkəzlərində mal ətinin qiyməti 5 manat 50 qəpikdir. Satıcılar sabahdan mal ətinin 7 manat 30 qəpiyədək bahalaşacağını deyirlər:
 
“Mal ətini yerli firmalardan alırıq. Bu gün əlaqə saxladıq, sabahdan qiymətlər 2 manat 50 qəpik bahalaşacaq. Yumurta isə 15 qəpikdən veriləcək”.

Firmalar siqaretin satışını dayandırdığı üçün topdansatış mərkəzlərində siqaret qıtlığı yaranıb.

Digər topdansatış mərkəzinin satıcı Aqşin Məmmədovun sözlərinə görə, siqaretlərin 50 faizədək bahalaşacağı deyilir, amma firmalar hələlik heç bir açıqlama vermirlər:
 
“Xaricdən gətirilən spirtli içkilərin də satışı dayandırılıb. Bu gün pivə, araq sifarişimizi qəbul etmədilər. Satışda siqaret də yoxdur. Səhər saatlarında bütün siqaretlər satıldı”.

“Fresko” ticarət mərkəzində qiymətlər hələlik dəyişməyib. Ancaq firmalar satışı dayandırdığından bahalaşma olacağı şübhəsizdir.

Mağazanın adını açıqlamayan satıcısı qiymətlərin sabahdan dəyişəcəyini dedi: “Firmaların qərarını gözləyirik. Yəqin ki, sabahdan yeni qiymətlər olacaq”.

Qeyd edək ki, “Fresko”da da siqaret satılmır. Kassadan siqaretlərin satılıb qurtardığını dedilər.

Maraqlıdır ki, artıq köşklərdə də siqaret satışı dayandırılıb. Hətta vitrində siqaret olsa da satılmır.

“Bazar Store” ticarət mərkəzində də vəziyyət fərqli deyil. Firmalar qiymətləri müəyyənləşdirmədiyindən satıcılar bahalaşmanın neçə faiz olacağını bilmirlər.

Onu da qeyd edək ki, həm topdansatış mərkəzlərində, həm də mağazalarda alıcı sıxlığı müşahidə olunur. Belə ki, kassaların qarşısında apardığımız müşahidələrə görə, əksəriyyət yuyucu tozlar, makaron, qənd, şəkər, çay, un, düyü alır.

Məişət texnikası bazarında isə satış ümumiyyətlə dayandırılıb. Yalnız “Bakcell”in rəsmi dilerində telefon satışı aparılır. Məsələn, metronun “28 may” stansiyasının yaxınlığındakı mağazada telefon almaq olar. Amma bu gündən qiymətlər 50 faiz artır.

“Kontakt” mağazasından isə bildirdilər ki, satışı dayandırıblar:
 
“Qiymətlər tam müəyyənləşdiriləndən sonra mağazalar işləyəcək. Hələlik bir neçə gün işləməyəcəyik”.

“İrshad Telecom”, “Bakcell”, “Azercell”, “Music Gallery”, “Baku Electronics” və digər mağazalarda da satış yoxdur.

İstilik sistemləri avadanlıqları (kombi) mağazalarında da satış dayandırılıb. Dərnəgül qəsəbəsindəki kombi mağazalarının qapısına qıfıl vurulub.

Manatın ucuzlaşması hələlik geyim mallarına təsir etməyib. Lakin endirimlər ləğv edilib. Məsələn, “28 May” yeraltı ticarət mərkəzindəki mağazaların üzərindəki “endirim” sözləri silinməyə başlayıb.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22

Bakıda "KaMAZ" minik avtomobillərinə çırpılıb: xəsarət alanlar var

19 Avqust 2017 01:07

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI

19 Avqust 2017 01:03

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı -

19 Avqust 2017 00:54

Mingəçevirdə kişi meyiti tapılıb

19 Avqust 2017 00:37

2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI

19 Avqust 2017 00:33

Suriya müharibəsi başa çatır -

19 Avqust 2017 00:30

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18

Barselonada terror aktında şübhəli bilinən 3-cü şəxs Kambrilsdə zərərsizləşdirilib

18 Avqust 2017 23:17

"Tottenhem" ən bahalı transferini etdi

18 Avqust 2017 23:14

Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

18 Avqust 2017 23:12

Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ

18 Avqust 2017 23:03

"WhatsApp"da super funksiya gəlir-

18 Avqust 2017 23:00

Türkiyədə zəlzələ

18 Avqust 2017 22:49

ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri İSTEFA VERDİ

18 Avqust 2017 22:48

Bodrumda ardıcıl 2 zəlzələ olub

18 Avqust 2017 22:40

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb

18 Avqust 2017 22:37

Ərdoğan türkləri Merkelin əleyhinə səs verməyə çağırdı

18 Avqust 2017 22:33

Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - VİDEO

18 Avqust 2017 22:18

Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbərləri -

18 Avqust 2017 22:15

Millimiz San Marino ilə Olimpiya stadionunda oynamayacaq - MƏKAN DƏYİŞDİ

18 Avqust 2017 22:03

Trampın müşaviri istefa verdi

18 Avqust 2017 21:59

Müğənninin videosu başına bəla oldu -

18 Avqust 2017 21:50

Tələbələr kirayə ev tapa bilirmi? - MÜNASİB OLMAYAN QİYMƏTLƏR - VİDEO

18 Avqust 2017 21:48

Bakıda restoranda yanğın oldu

18 Avqust 2017 21:44

İspaniyadakı teraktlarda ölənlərin sayı artdı

18 Avqust 2017 21:39

Kirayə evlərin qiyməti BAHALAŞACAQ

18 Avqust 2017 21:36

Sərnişin avtobus sürücüsünə tapança çıxardı – BAKIDA ŞOK - VİDEO

18 Avqust 2017 21:33

Türkiyədə zəlzələ olub

18 Avqust 2017 21:32

Gəncə sakini müəmmalı şəkildə xəsarət aldı

18 Avqust 2017 21:29

Bu əraziyə xanımların girişi qadağandır -

18 Avqust 2017 21:20

Barselona terrorunu törədən şəxs ÖLDÜRÜLDÜ

18 Avqust 2017 21:18

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı

18 Avqust 2017 21:17

Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb

18 Avqust 2017 21:12

Amerika hökumətinin insanlar üzərində apardığı DƏHŞƏTLİ SINAQLAR

18 Avqust 2017 21:03

Salyanda qonşu qonşunu bıçaqlayıb

18 Avqust 2017 21:02