​Azərbaycanda iki siyasi partiya birləşir

17:02 21 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

AXP sədri Pənah Hüseyn "Report"a açıqlamasında deyib ki, hazırda bu istiqamətdə danışıqlar gedir: "Söhbət təkcə birləşməkdən getmir, burada həm də əməkdaşlıq məsələləri müzakirə olunur. Hər iki tərəf müqavilə layihəsi hazırlayıb. Yaxın günlərdə bu məsələlər yenidən müzakirə olunacaq".
P.Hüseyn qeyd edib ki, birləşmə məsələsi strateji hədəfdir: "Yəni, birləşmək əməkdaşlığın başqa bir mərhələyə keçməsidir. Hələlik birliklə bağlı vahid addan və ya digər məsələlərdən danışmaq tezdir".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/iki-siyasi-partiya-birlesir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR