​Azərbaycana avtomobil idxalı kəskin azalıb

17:07 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 22 746 ədədi əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. Beləliklə, minik avtomobillərinin idxalında ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə yaxud 28 843 ədəd azalma müşahidə olunub.
Komitənin yaydığı hesabata əsasən, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxalı illik 2,5 dəfə və ya 2 709 ədəd azalaraq 1 871 ədəd təşkil edib.
Sürücü də daxil olmaqla 10 nəfər və ya da çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitərləri isə əksinə 2,6 dəfə və ya 493 ədəd artaraq 803 ədəd olub.
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələriidxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,2% azalaraq 227 ədəd təşkil edib. 
DGK-nin hesabatına əsasən, noyabr ayında ölkəyə cəmi 1 428 ədəd avtomobil idxal olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycana-avtomobil-idxali-keskin-azalib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR