Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ətraf mühiti çirkləndirənlər cərimələniblər

Ətraf mühiti çirkləndirənlər cərimələniblər

Date: 21 December 2015 17:08


Bakı, 21 dekabr, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə dekabrın 1-dən 15-dək ölkə ərazisində araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntularına görə 89 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 26 iş üzrə 37850 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 2295.95 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 145 iş üzrə 20270.51 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 15, icra qurumlarına 31, məhkəməyə isə 1 iş göndərilib.

Tags:  Ətraf mühiti çirkləndirənlər cərimələniblər


RƏYLƏR


Top news