Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Parabank"ın 127 min manatını mənimsəyən əməkdaşı ölkədən qaçıb

"Parabank"ın 127 min manatını mənimsəyən əməkdaşı ölkədən qaçıb

Date: 21 December 2015 17:14

Azərbaycanda bank əməkdaşı beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 33 yaşlı Toğrul Mirzəzadə dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

 

APA-nın əldə etdiyi məlumata görə, T. Mirzəzadə “Parabank” ASC-nin Nizami filialının əməkdaşı olub. O, filialın digər əməkdaşı Orxan Uğurluzadə ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurublar.

 

2014-cü ildə Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

 

Sonradan O. Uğurluzadə məhkəmə qarşısına çıxarılıb, T. Mirzəzadə isə Azərbaycandan qaçıb.

 


Tags:  Parabankın 127 min manatını mənimsəyən əməkdaşı ölkədən qaçıb

RƏYLƏR


Top news