Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: Avropa Məhkəməsi məsələlərə ikili standartlarla yanaşır

Date: 21 December 2015 17:28

Bakı. İlhamə İsabalayeva – Trend:

Avropa Şurası, ATƏT-in qurumları və bəzi beynəlxalq təşkilatlar kimi, Avropa İnsan Hüquqları Məhkəməsi də məsələlərə ikili standartlarla yanaşır, istədiyi adamlara haqq qazandırır, istəmədiyi adamları kənarda saxlayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev bəzi şəxslərin cəzadan yayınmaq üçün Avropa Məhkəməsinə müraciət etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycandan olan qaçqın və məcburi köçkünlər dəfələrlə Avropa Məhkəməsinə müraciət ediblər, lakin onların şikayətlərinə baxılmayıb.

Deputat qeyd edib ki, Ermənistan da daxil olmaqla, bir çox ölkələr Avropa Məhkəməsinin qətnamələrini yerinə yetirmirlər: "Bu qətnamələrin hamısı kağız üzərində qalıb".

Avropa Məhkəməsinin özünün də beynəlxalq hüquqla oyun oynadığını deyən T.Rzayev əlavə edib ki, əslində Avropa Məhkəməsi beynəlxalq hüququn normalarına, prinsiplərinə əsaslanaraq qətnamələr qəbul etsəydi, onların bütün ölkələr tərəfindən yerinə yetirilməsi vacib olardı: “Mən də hesab edirəm ki, belə bir qətnamələrin olması vacibdir. Bu məhkəmə qəti qətnamələr qəbul etməlidir. Ancaq ikili standartlardan yanaşdıqda buna heç bir əhəmiyyət verilmir”.

T.Rzayev bildirib ki, hər bir ölkənin də öz mənafeyi, hüquq normaları var: "Avropa Məhkəməsi Azərbaycanda müəyyən cinayətlərdə adı olan, müəyyən əməllər törədən insanların haqqında siyasi məhbus olması ilə bağlı qətnamələr qəbul edir. Ancaq halbuki Azərbaycan məhkəmələri dəfələrlə bu məsələlərə baxıb və xeyli sayda fakt var. Çox təəssüflər olsun ki, Avropa Məhkəməsi onlara bəraət verir, Azərbaycandan da tələb edir ki, bu adamlar azadlığa buraxılmalıdır, onlara müəyyən miqdarda kompensasiya ödənilməlidir. Hansı əsaslarla? Bu, əslində beynəlxalq normaların pozulmasıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Deputat Avropa Məhkəməsi məsələlərə ikili standartlarla yanaşır

RƏYLƏR


Top news