Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfə azalıb

Date: 21 December 2015 17:32

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici dövlətlərlə 18 815 373,24 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,73% azdır.
Məlumata görə, bu ilin 11 ayında 8 196 177,79 min ABŞ dolları həcmində 6 102 adda mal idxal (43,56%), 10 619 195,45 min ABŞ dolları (56,43%) həcmində 2 391 adda mal isə ixrac edilib. Ötən ilə nisbətən idxalın həcmi 1,04% artıb, ixracın həcmi isə 48,73% azalıb.
Nəticədə, bu ilin xarici ticarət dövriyyəsindəki müsbət saldo son bir ildə 5,2 dəfə azalaraq 2 423 017,66 min dollara düşüb.

Tags:  Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu dəfə azalıb

RƏYLƏR


Top news