“Bakcell” şirkəti jurnalistlərin İKT sahəsində maarifləndirilməsinə dair seminar keçirib

“Bakcell” şirkəti jurnalistlərin İKT sahəsində maarifləndirilməsinə dair seminar keçirib
17:41 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti 18-20 dekabr tarixində Şabranda  jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş" mövzusunda seminar keçirib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, seminar çərçivəsində  şirkətin müxtəlif departamentlərinin nümayəndələrinin iştirakı ilə  "Mobil videoməzmun", "Loyallıq proqramı nədir?", "Əşyaların interneti (M2M)" mövzularında məruzələr təqdim edilib, yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsı ilə bağlı müzakirələr  aparılıb.

Seminar çərçivəsində  2018-ci ilədək mobil rabitə bazarında  əlavə dəyər xidmətlərindən əldə edilən gəlirlərin artacağı bildirilib. Eyni zamanda qeyd edilib ki,  2018-ci ilədək mesaj xidmətləri gəlirlərinin azalması fonunda, mobil internetdən əldə edilən gəlirlər artacaq.

"Bakcell" şirkətinin baş müştəri xidmətləri direktoru Selda Korkmaz Bostancıoğlu bildirib ki, hazırda Azərbaycanda əhalinin 7,4 milyonu internet, 7 milyonu aktiv mobil rabitə, 2,6 milyonu sosial media  istifadəçisidir.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40491-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR