Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric edildi

Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric edildi
17:42 21 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Bu barədə Trend Baş Prokurorluğun saytına istinadən məlumat verir.

İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar olaraq, hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab Rayon Prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR