Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

​Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Date: 21 December 2015 17:42

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov “Mongolian Airlines” (MIAT) aviaşirkətinin prezidenti, baş icracı direktoru Tamir Tumurbaatarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report”a AZAL-ın mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan və Monqolustan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də sərnişin və yük daşımalarının artırılması haqqında uzunmüddətli planlar müzakirə olunub.
Eyni zamanda qeyd edilib ki, mülki aviasiya sahəsində yaradılan infrastruktur, eləcə də Azərbaycandan keçən Böyük İpək Yolu, əlverişli coğrafi mövqeyi ölkə üzərindən malların Avropa və Sakit Okean hövzəsində yerləşən ölkələrə daşınması üçün yaxşı imkanlar yaradır.
Danışıqlar nəticəsində AZAL və MIAT nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, əməkdaşlıq perspektivləri ilə bağlı konkret təkliflərin müzakirə olunması üçün Qrupun ilk iclası gələn il Ulan-Batorda keçiriləcək.

Tags:  Azərbaycan Monqolustan mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

RƏYLƏR


Top news