Azərbaycan bu il 8,2 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 8,2 mlrd. dollarlıq xam neft ixrac edib
17:47 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 20,128 mln. ton xam neft ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin məbləği 8,260 mlrd. ABŞ dolları təşkil edib. Bu məbləğ isə ötən ilin müvafiq dövründən 53% azdır.
Bu ilin 11 ayında Azərbaycanın ümumi ixracında xam neftin payı 78% olub.
Hesabat dövründə sayğac göstəriciləri əsasında isə boru kəmərləri və dəmiryolu nəqliyyatı ilə 29,941 mln. ton xam neft nəql olunub.
İlin 11 ayında sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 24,422 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.
Hesabat dövründə Bakı-Supsa kəməri ilə 3,915 mln. ton, şimal marşrutla (Bakı-Novorossiysk kəməri) 1,186 mln. ton, dəmiryolu nəqliyyatı ilə 417 543 xam neft ixrac olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-bu-il-8-2-mlrd-dollarliq-xam-neft-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR