“Dilmanc”ın mobil tərcüməçi proqramı yenilənib

“Dilmanc”ın mobil tərcüməçi proqramı yenilənib
17:56 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Mobil qurğular üçün “Dilmanc Translator” proqramının yeni versiyası istifadəçilərin ixtiyarına verilib.

“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, daha rahat interfeysə malik yeni versiyada klaviaturaya Azərbaycan hərflərindən ibarət sətir əlavə edilib.
 
Tərcümə nəticəsini paylaşmaq, eləcə də digər proqramların daxilində mətni seçib “Paylaşmaq” düyməsinə sıxaraq “Dilmanc”da tərcümə etmək imkanları işə salınıb.
 
Bununla yanaşı, azərbaycanca və türkcə nitqin tanınması proqramının keyfiyyəti artırılıb.
 
Qeyd edək ki, bu proqram “Google Play” və “App Store”-dan mobil qurğuya ödənişsiz olaraq yüklənilir.
 
CAHANGİR
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40492-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR