Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Atüstü Oyunlar Festivalı bitdi

Atüstü Oyunlar Festivalı bitdi

Date: 21 December 2015 17:57

KANAL S (REGİON TV) xəbər verir ki, Şəkidə 10-cu Atüstü Oyunlar Festivalına yekun vurulub. Gərgin mübarizə şəraitində keçən milli atüstü oyunların qalibləri müəyyənləşib. Bu yarışda fərqlənən komandalar mükafatlandırııb.

Prezident Kuboku uğrunda keçirilən 10-cu Çövkən Milli Oyunlarının sonuncu günü də maraqlı mübarizə ilə yadda qalıb. İzləyicilər sürpapaq oyununun final qarşılaşmasını izləyiblər. Balakən və Laçın komandaları arasında keçən oyunda balakənlilər 5-2 hesabı ilə rəqiblərini məğlub edərək birinci yerdə qərarlaşıblar.
Yaylıq, papaq, baharbənd, güc sınağı oyunlarında yer tutan komandalara da diplomlar təqdim edilib. Şəki komandası bu yarışların Papaq növündə qalibiyyət əldə edib.

Prezident Kuboku uğrunda Çövkən Milli Oyununun yarımfinal və final oyunları Bakıda keçirilicək. Yarımfinalda ağstafalılar Ağcabədi komandası ilə qarşılaşacaqlar, digər oyunda isə Bakının "Polad" və "Sərhədçi" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, çövkən yarışlarının keçirildiyi son 10 il ərzində ilk dəfədir ki, yarımfinal və final oyunları Bakıda keçirilir. 

Milli.Az


Tags:  Atüstü Oyunlar Festivalı bitdi

RƏYLƏR


Top news