Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"European Tobacco Baku"dan siqaretlərin qiyməti ilə bağlı açıqlama

Azərbaycanda siqaretlər ucuzlaşdı – (03 Mart 2017 19:51)
Bu siqaretlər ucuzlaşdı (03 Mart 2017 12:23)
Siqaretin qiyməti ucuzlaşdı (03 Mart 2017 12:07)

Tarix: 21 Dekabr 2015 17:58

Bakı. Elmir Murad - Trend:

Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək. Bu barədə Trend-ə "European Tobacco Baku" şirkətindən bildiriblər.

Şirkətdən verilən məlumata görə, bəzi mağazalarda siqaretin qiymətinin artırılması onların öz qərarıdır: “Biz qiymət məsələsi ilə deyil, yalnız istehsalla məşğul oluruq. Biz heç bir fakturada dəyişiklik etməmişik”.

Qeyd edək ki, dollar və avronun bahalaşmasından sonra bu gün səhər saatlarından bəzi mağazalarda siqaretin qiymətində artım müşahidə olunur. Bəzi dükanlar isə ümumiyyətlə siqaretin satışını dayandırıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  European Tobacco Bakudan siqaretlərin qiyməti bağlı açıqlama



RƏYLƏR


Top xəbərlər