"European Tobacco Baku"dan siqaretlərin qiyməti ilə bağlı açıqlama

"European Tobacco Baku"dan siqaretlərin qiyməti ilə bağlı açıqlama
18:05 21 Dekabr 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.

Bu barədə Trend-ə "European Tobacco Baku" şirkətindən bildiriblər.

Şirkətdən verilən məlumata görə, bəzi mağazalarda siqaretin qiymətinin artırılması onların öz qərarıdır: "Biz qiymət məsələsi ilə deyil, yalnız istehsalla məşğul oluruq. Biz heç bir fakturada dəyişiklik etməmişik".

Qeyd edək ki, dollar və avronun bahalaşmasından sonra bu gün səhər saatlarından bəzi mağazalarda siqaretin qiymətində artım müşahidə olunur. Bəzi dükanlar isə ümumiyyətlə siqaretin satışını dayandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR