Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Date: 21 December 2015 18:07

Bakı. 21 dekabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.
Quyu 2 317-2 308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Tags:  Neft Daşları yatağında yeni quyu istismara verilib

RƏYLƏR


Top news