"ASAN xidmət" mərkəzlərində "Azərsu" xidmət bölmələrinə 15 300-dən çox müraciət edilib (FOTO)

"ASAN xidmət" mərkəzlərində "Azərsu" xidmət bölmələrinə 15 300-dən çox müraciət edilib (FOTO)
18:08 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın artırılmasına səbəb olub.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin 11 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 15 309 müraciət edilib.

Müraciətlərin 5357-si qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 1869 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 1048 müraciət smart-sayğacın dəyişdirilməsi ilə əlaqədar yeni kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 1838 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 1837 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 3360 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət (5704) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 25 mini keçib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2472236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR