Oksana Rəsulovanın yeni işi

Oksana Rəsulovanın yeni işi
18:09 21 Dekabr 2015
49 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulova media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, rəqqasə rəhbəri olduğu “Oksimedia” prodakşının lentə aldığı “Şər qarışanda” filminin reklam çarxını təqdim edib: “Əslində təqdimatı dekabrın 19-da - ad günümdə etmək istəyirdim. Çatdırmadım. Ekran işi martın 3-dən etibarən bütün kinoteatrlarda olacaq. Rejissoru Samir Kərəmoğlu, operatoru Nadir Mehdiyevdir. Ekran işində Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva rol alıb. Çox ağır bir film idi. Bu günə qədər Azərbaycanda belə janrda film olmayıb. 2016-cı ildə böyük səs-küy yaradacaq. İlhamə rolunun öhdəsindən çox gözəl gəldi. Əminəm ki,  bu filmi hamı bəyənəcək".

 


Qeyd edək ki, təqdimat mərasimində xalq artisti Ramiz Novruz da iştirak edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR