Bakı Fond Birjasının Müşahidə Şurasının yeni üzvləri və sədri seçilib

Bakı Fond Birjasının Müşahidə Şurasının yeni üzvləri və sədri seçilib
18:13 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

21 dekabr 2015-ci il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir.

Birjadan Trend-ə verilən məlumata görə, iclas zamanı “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni üzvlərinin və sədrinin seçilməsi üzrə səsvermə keçirilmişdir. BFB-nin Səhmdarlarının səsvermə nəticələrinə görə Kapital Bank ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni sədri seçilmişdir. R.Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil almışdır. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutmuşdur. Rövşən Allahverdiyev, 2013-cü ilin iyun ayından etibarən isə Kapital Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni üzvü seçilmişdir. F.İslamov 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil almışdır. 1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2472239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR