Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Müsyö İbrahim və Quran çiçəyi” nümayiş olunub

“Müsyö İbrahim və Quran çiçəyi” nümayiş olunub

Date: 21 December 2015 18:13


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fransız dramaturqu Erik-Emmanuel Şmittin “Müsyö İbrahim və Quran çiçəyi” ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsər gənc rejissor Ərşad Ələkbərovun quruluşunda təqdim olunub.
Bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemət olan tamaşanın quruluşçu rəssamı Samirə Həsənovadır. İkihissəli tamaşada Müsyö İbrahim rolunu Xalq Artisti Fuad Poladov oynayıb. Tamaşada digər rolları Əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa ediblər.
Xatırladaq ki, dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir.
Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır.
Qeyd edək ki, bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və "Fransız Akademiyası"nın ən yüksək mükafatını qazanıb. 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron bu əsərə eyniadlı film çəkib.

Tags:  Müsyö İbrahim Quran çiçəyi nümayiş olunub


RƏYLƏR


Top news