Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2019-cü ilədək Avropa ev təsərrüfatlarının dörddə birində “4K” formatlı televizorlardan istifadə olunacaq

2019-cü ilədək Avropa ev təsərrüfatlarının dörddə birində “4K” formatlı televizorlardan istifadə olunacaq

Date: 21 December 2015 18:16

“IHS” analitik şirkətinin tədqiqatına görə, 2019-cu ildə ABŞ ev təsərrüfatlarında “4K” formatlı televizorların nüfuzetmə səviyyəsi 34 faiz, Avropa İttifaqı ölkələrində 25 faiz təşkil edəcək.  
 
“ICTnews” elektron xəbər xidməti “www.mediasat.info” resursuna istinadən yazır ki, tədqiqat müəlliflərinin sözlərinə görə, hər iki qeyd olunan bazar “4K” televizorların artım tempinə görə 2019-cu ilədək “4K” televizorlara sahib ev təsərrüfatlarının payının 14 faiz proqnozlaşdırıldığı Yaponiyanı xeyli geridə qoyacaq. Yaponiyada göstəricinin aşağı olmasına səbəb kimi isə ailələrin artıq yeni televizora malik olması qeyd olunur.
 
“IHS”-in proqnozuna görə, 2017-ci ilədək 50 və daha böyük düyümlü televizor modellərinin çoxu “4K” təsvir ölçüsünü dəstəkləyəcək, “Ultra HD” kontentinin sayının və ondan internet provayderləri və ödənişli televiziya provayderlərindən istifadənin genişlənməsi “4K” modellərin satışına əlavə stimul verəcək.
 
Avropa ölkələri içərisində “4K” formatlı televizorların daha çox İsveçrədə nüfuzetmə səviyyəsinin artması gözlənilir. Proqnozlara görə, 2018-ci ilədək bu ölkədə “4K” televizorların payı 32 faiz təşkil edəcək. Sonrakı yerdə 31 faizlik göstərici ilə Böyük Britaniya qərarlaşacaq.
 
Tədqiqatda, həmçinin digər ölkələr üzrə proqnozlar yer alıb. Məsələn, qeyd olunur ki, 2019-cu ildə Çində ev təsərrüfatlarının 24 faizi, Rusiyada 11 faizi, Braziliyada 8 faizi, Hindistanda 2 faizi “4K” formatlı televizorlardan istifadə edəcək.
 
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” (Ultra HD) formatlı televizorlar 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur.
 
 
Nizam Nuriyev  



Tags:  2019-cü ilədək Avropa ev təsərrüfatlarının dörddə birində 4K formatlı televizorlardan istifadə olunacaq



RƏYLƏR


Top news