Bakı Nəqliyyat Agentliyi yaradılır

Bakı Nəqliyyat Agentliyi yaradılır
18:22 21 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Son illərdə həyata keçirilən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər nəticəsində sürətlə inkişaf edən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri müasir meqapolisə çevrilmişdir.

İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir və hazırda bu işlər davam etdirilir.

Əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin yüksəldilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlar yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılsın ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

3. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

4. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilsin.

6. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilsin.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirsin.

8. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

9.4. Agentliyin fəaliyyətini təkrarlayan və paralel fəaliyyət göstərən qurumların işçilərinin sayının azaldılması ilə əlaqədar tədbirlər görsün;

9.5. Agentliyi bina ilə təmin etsin, habelə onun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

9.6. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

19 Avqust 2017 14:47

Ad gününə bir gün qalmış öldü

19 Avqust 2017 14:42

Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO

19 Avqust 2017 14:38

Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb

19 Avqust 2017 14:37

Prezident "Azərsu"ya 11,8 milyon manat ayırdı - Sərəncam

19 Avqust 2017 14:34

Rusiyada bıçaqlı hücum

19 Avqust 2017 14:34

Təbii daşlar haqda bilmədiklərimiz

19 Avqust 2017 14:30

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - VERSAL SARAYININ dəhşətləri

19 Avqust 2017 14:28

Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

19 Avqust 2017 14:27

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

19 Avqust 2017 14:22

Salyana 11.8 milyon manat vəsait ayrıldı

19 Avqust 2017 14:20

Bakıda 350 sürücü cərimələndi - REYD

19 Avqust 2017 14:19

Milli Məclisin deputatı: "Atamın heykəli sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb"

19 Avqust 2017 14:17

Səs gücləndiriciyə 500 voltluq elektrik verilərsə, nə baş verər?

19 Avqust 2017 14:13

DYP paytaxtda reyd keçirib, 350-dən artıq sürücü cərimələnib

19 Avqust 2017 14:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

19 Avqust 2017 14:02

Binəqədidə minik avtomobili yanıb

19 Avqust 2017 14:01

Bermud üçbucağının sirri

19 Avqust 2017 13:49

Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO

19 Avqust 2017 13:48

"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

19 Avqust 2017 13:47

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

19 Avqust 2017 13:42

"Kopenhagen”dən Azərbaycana qadağa

19 Avqust 2017 13:37

Xırdalanda orta məktəb qarət olundu

19 Avqust 2017 13:37

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22

Konsertlərindən sərvət qazanan məşhur müğənni dilənçiyə elə sifət göstəridi ki... - FOTO

19 Avqust 2017 13:18

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

19 Avqust 2017 13:02

Xırdalanda məktəb qarət olundu

19 Avqust 2017 12:59

Tibdə SIÇRAYIŞ: "Hepatit C"-nin müalicəsi tapıldı

19 Avqust 2017 12:48

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs

19 Avqust 2017 12:41

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

19 Avqust 2017 12:37

Daha bir dünya ulduzu Türkiyə yolunda

19 Avqust 2017 12:37

Səhnəyə alt paltarında çıxan 71 yaşlı müğənninin cavanlıq sirri AŞKAR OLDU

19 Avqust 2017 12:33

Paltar ütüləmək dərdinə SON

19 Avqust 2017 12:32

Misirdə qədim Azərbaycana aid YAZILAR AŞKARLANDI

19 Avqust 2017 12:28

Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

19 Avqust 2017 12:27