Naxçıvan Dövlət Universitetində rəsm əsərləri və dekorativ-tətbiqi sənət sərgisi açılıb

Naxçıvan Dövlət Universitetində rəsm əsərləri və dekorativ-tətbiqi sənət sərgisi açılıb
18:23 21 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 21 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) konservatoriya binasının foyesində ali təhsil ocağının incəsənət fakültəsinin təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi maraqla qarşılanıb.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, rəsm əsərlərinin və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağında yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanmasına tam zəmanət verdiyini diqqətə çatdırıb.
Rektor universitetdə dəfələrlə müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, bu ali təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib, təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev, həmin kafedranın müəllimi, gənc rəssam Əzizə Dünyamalıyeva, incəsənət fakültəsinin tələbəsi Aysel Süleymanova gənc istedadların üzə çıxarılmasından, onların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Vurğulanıb ki, sərgidə dekorativ-tətbiqi sənətin vitraj, mozaika, muncuqla iş, toxuma, maket və digər sahələri üzrə əsərlər sərgilənir.
Sonra sərgiyə baxış olub.
Tələbələrdən Leyla Bayramovanın “Azərbaycan simfoniyası”, Səma Əliyevanın “Bədii tikmə", Könül Hacıyevanın “Dibçəkdə gül”, “Butalar”, “Vitraj”, Nuranə Novruzovanın “Çay dəstgahı”, Çimnaz Gözəlovanın “Natürmort”, Vüsalə Cəfərovanın “Yasəmənlər” əsərləri diqqəti cəlb edib.
Sərgi bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Dovlet_Universitetinde_resm_eserleri_ve_dekorativ_tetbiqi_senet_sergisi_achilib-913021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR