Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Alimlər ölümün vaxtını və səbəbini müəyyənləşdirməyə imkan verən proqram hazırlayıblar

Alimlər ölümün vaxtını və səbəbini müəyyənləşdirməyə imkan verən proqram hazırlayıblar

Date: 21 December 2015 18:26

Avstraliyanın Melburn və ABŞ-ın Vaşinqton universitetlərinin alimləri ölümün vaxtını və səbəbini müəyyənləşdirməyə imkan verən mobil proqram hazırlayıblar.

 
“ICTnews” elektron xəbər xidməti “www.ilenta.com” resursuna istinadən yazır ki, “BMC Medicine” jurnalında dərc edilən məqalədə alimlər izah edirlər ki, proqram vəfat edən şəxsin qohumlarının təqdim etdikləri məlumatlara əsaslanır. Eyni zamanda, vəfat edənin məskunlaşdığı regionda daha geniş yayılmış xəstəliklərin təhlili aparılır.
 
Smartfon üçün proqram belə ailələrə xəstəliklə bağlı suallara cavabları, vəfat edənin həyat tərzini və yaşadığı yeri təhlil edərək ölümün təxmini vaxtını və səbəbini öyrənməyə imkan verəcək. Proqram, həmçinin fotoşəkilləri analiz edir. Texnologiya artıq Hindistan, Tanzaniya və Şri-Lanka kimi bir sıra ölkələrdə sınaqdan keçirilib. Proqramın dəqiqliyi 76 faizə yaxındır.
 
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) araşdırmalarına görə, hazırda 180 ölkədə vətəndaşların ölüm səbəbləri ilə bağlı statistika aparılmır. Proqram müəlliflərinin sözlərinə görə, belə statistika ölkədə tibbi xidmətlərin səviyyəsini qiymətləndirmək və ölümə səbəb olan xəstəliklərin qarşısını almaq üçün böyük əhəmiyyətə malikdir.  

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ölüm səbəblərinin statistikası Dövlət Statistika Komitəsi tərəfindən  ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlər əsasında hesablanır.

Məlumatların səbəblər üzrə kodlaşdırılması isə Ümumdünya Səhiyyə Təşkilatının X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.


 
Nizam Nuriyev


Tags:  Alimlər ölümün vaxtını səbəbini müəyyənləşdirməyə imkan verən proqram hazırlayıblar


RƏYLƏR


Top news