Azərbaycan Dövlət Filarmoniyasının direktoruna şiddətli töhmət verildi (FOTO)

Azərbaycan Dövlət Filarmoniyasının direktoruna şiddətli töhmət verildi (FOTO)
18:33 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Kamal Nuriyevin solo konserti keçirilib (14 İyun 2017 17:39)
Filarmoniyanın iyun ayı üçün tədbirlər planı açıqlanıb (30 May 2017 14:32)
Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin tələbələrinin konserti keçirildi – FOTO (01 May 2017 17:14)

Bakı. Trend:

Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi.

İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verdi.

Bildirdi ki, iclasda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki Dram Teatrlarının yaradıcılıq fəaliyyəti və repertuar siyasəti, Turizm sənayesi nümayəndələrinin xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində fəaliyyəti və bunun ölkəni ziyarət edən əcnəbi turistlərin dinamikasına təsiri, Şirvan şəhər, Neftçala və Yardımlı rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində mövcud vəziyyət və kitabxana-informasiya şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, Bərdə, Saatlı və Göyçay rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Xüsusi Fəaliyyət Proqramı (2016-2020-ci illər)” layihəsinin qəbul olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi müzakirə olunacaq.

İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov məsələyə dair məruzə ilə çıxış etdi. Qeyd olundu ki, filarmoniyanın nəzdində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Simli Kvarteti və Dövlət Fortepiano Triosu fəaliyyət göstərir. Bu kollektivlər Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən festivallarda, dövlət tədbirlərində fəal iştirak edirlər.

Həmçinin bu illər ərzində filarmoniyanın maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, yeni musiqi alətləri alınıb. Bununla yanaşı, Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Bədii şuraların iclasları keçirilmir, kollektivlərin repertuarının yenilənməsi, bilet satışı lazımi səviyyədə deyil. Ölkəmizin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmır.

Filarmoniyanın direktoru Murad Adıgözəlzadə müəssisənin fəaliyyəti haqqında danışdı, keçirilən tədbirlər, təşkil olunan konsertlər haqqında məlumat verdi.

Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmoniyasının ölkəmizin ən aparıcı mədəniyyət müəssisələrindən biri olduğunu vurğuladı: “Elə buna görə də Dövlət Filarmoniyasının güclü fəaliyyət göstərməsi vacibdir. Bu mədəniyyət müəssisəsində istedadlı, peşəkar insanlar var. Filarmoniyanın kollektivləri ölkəmizdə keçirilən musiqi festivallarında, dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə yüksək səviyyədə çıxış edirlər. Amma, bununla yanaşı, idarəçilikdə çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir”.

Nazir vurğuladı ki, Azərbaycan Dövlət Filarmoniyasının işini günün müasir tələblərinə uyğun qurulması, dünyanın aparıcı filarmoniyaları ilə əlaqələrin yaradılması, ölkəmizin zəngin musiqisinin təbliğ edilməsi üçün fəaliyyəti gücləndirilməli, yeni təşəbbüslər irəli sürülməlidir.

Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edildi.

Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verildi. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edildi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edildi.

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilmişdir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Mehmetcik”ə XAİN PUSQU: 3 şəhid

27 İyun 2017 20:23

Xurmanın insan orqanizmində yaratdığı möcüzələr

27 İyun 2017 20:22

Bu xalçaların qiyməti 50 min manatdan artıqdır - VİDEO

27 İyun 2017 20:17

Şirin badam yağının faydaları

27 İyun 2017 20:17

Bakıda avtobus sürücüsü qaydaları eyninə almadı - VİDEO

27 İyun 2017 20:12

Nömrəni parça ilə bağlayaraq Bakda belə şütüyür - VİDEO

27 İyun 2017 20:12

Bakıda həkim xəstəni ömürlük şikəst elədi - VİDEO

27 İyun 2017 20:12

Süni mayalanmada hansı risklər ola bilər

27 İyun 2017 20:12

Küçə ticarəti bu yolları iflic edib - VİDEO

27 İyun 2017 20:12

AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb

27 İyun 2017 20:07

Sahildə erotik sessiyaya çəkildi - FOTO

27 İyun 2017 20:05

Satılan mənzillərin 30 faizinin sənədi yoxdur - VİDEO

27 İyun 2017 20:05

Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO

27 İyun 2017 20:05

Senator: "ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək"

27 İyun 2017 20:03

Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb -

27 İyun 2017 19:58

Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?

27 İyun 2017 19:57

Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU

27 İyun 2017 19:53

Autizmli uşağın valideyni olsaydım

27 İyun 2017 19:52

Dostluq etməyi bacarırsınızmı?

27 İyun 2017 19:47

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27 İyun 2017 19:43

Falçılar necə olur ki, doğru xəbər verirlər?

27 İyun 2017 19:42

Türkiyədə 3 əsgər şəhid oldu

27 İyun 2017 19:42

DİN Lənkəranda baş vermiş silahlı basqınla bağlı məlumat yayıb

27 İyun 2017 19:39

Döyüşdə şalvarını batırdı

27 İyun 2017 19:37

Maaşı 6 milyon funt sterlinq artacaq

27 İyun 2017 19:37

Ən çox neft satan və alan ölkələr - REYTİNQ

27 İyun 2017 19:32

Qalmaqallı model vücudunu göstərdi - FOTO

27 İyun 2017 19:32

2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir

27 İyun 2017 19:32

İşlədiyi şirkətdən qovuldu, milyon dollarlıq biznes qurdu - FOTO

27 İyun 2017 19:27

11 yaşında milyonçu olan qız - FOTO

27 İyun 2017 19:22

Bu 3 sadə komponentdən hazırlanan eliksir möcüzələr törədir

27 İyun 2017 19:22

Görənləri heyrətə salan 21 yaşlı qarı - FOTOLAR

27 İyun 2017 19:18

Hadisə cangüdənlərə əsəbiləşdi - FOTO

27 İyun 2017 19:17

İlan sancan zaman ilk yardım

27 İyun 2017 19:17

Kriştiano Ronaldo ilə azərbaycanlı dostunun görüşü

27 İyun 2017 19:15

Mətanət İsgəndərli Həcc ziyarətindən qayıtdı - FOTO

27 İyun 2017 19:12

Türk milyarder dənizdə ölümlə üz-üzə qaldı - FOTO

27 İyun 2017 19:12

Yorğunluğunuzun 7 əsas səbəbi

27 İyun 2017 19:12

ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı

27 İyun 2017 19:08

Polkovnik niyə öldürüldü?

27 İyun 2017 19:05

Daha iki məşhur sevgili oldu

27 İyun 2017 18:57

Ardanı sevgilisiylə öpüşərkən çəkdilər - FOTO

27 İyun 2017 18:57

Milli Məclis üzvünün təklifi Avropa Şurasının həyatında əhəmiyyətli yeniliyi nəzərdə tutur

27 İyun 2017 18:47

Bundesliqadan "Qəbələ"yə gəlir - SON ANDA

27 İyun 2017 18:47

Mehriban Əliyeva məcburi köçkünlər üçün tikilən binanın açılışında

27 İyun 2017 18:44

Bakının mərkəzində "Odlar ölkəsi" adlı estrada ifaçılarının konserti

27 İyun 2017 18:37

Goranboy sakinini ilan sancıb

27 İyun 2017 18:36

Qadın həbsxanasında biabırçılıq - FOTOLAR

27 İyun 2017 18:33

"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya

27 İyun 2017 18:32

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

27 İyun 2017 18:32