Orxan Aslanov "PR Akademiya"da seminar verəcək - FOTO

Orxan Aslanov "PR Akademiya"da seminar verəcək - FOTO
18:37 21 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il üçün "PR Akademiya"nın yekun seminarının qonağı Orxan Aslanov olacaq. "Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company"nin Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası" növbəti təlimini keçirəcək. Bu haqda saytımıza "Akademi PR Company"nin rəhbəri Nuranə Ağazadə məlumat verdi.

Rəhbəri olduğu "PR Akademiya" layihəsinin 2016-cı il üçün gənclərə yeni sürpriz təlimlər hazırladığını bildirən Nuranə xanım gənclərin PR təhsili almasını daha da inkişaf etdirmək üçün tezliklə xaricdən mütəxəssislərin də cəlb ediləcəyini bildirdi.

"Biz bu layihəni və PR təhsilini ölkəmizə 2013-cü ildə "Akademi Group" şirkəti olaraq heç bir təmənna güdmədən gətirdik. Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının nəzdində ölkənin ilk PR məktəbini açaraq, layihəyə qəbulu təmamilə təmənnasız etdik. İllər keçdikcə layihəni daha da böyüdərək, ölkənin ilk peşəkar PR Akademiyasını açdıq. Bu gün nəinki məzunlarımızın uğuruna sevinir, eyni zamanda onları işlə də təmin edirik. Məsələn, bu il 9 layiqli gəncimizi də PR-menecer kimi işlə təmin etdik və sizi dəvət edəcəyimiz seminarda onları da görəcəksiniz. O ki qaldı bu il üçün yekun seminarımızın qonağına, o, 2013-cü ildə yarandığımız ilk gündən bizə öz dəstəyini əsirgəməyən Orxan Aslanovdan başqası ola bilməzdi. Onun rəhbərlik ediyi MyAzerbaijan.Az layihəsinin PR və menecment işlərini də bizim şirkətimizə etibar etməsi bizim üçün həm qürür, həm böyük və ciddi məsuliyyətdir. İnşallah, özünüz 2016-cı ildə hər şeyin şahidi olacaqsınız", - deyə əlavə edən Nuranə xanım "PR Akademiya" layihəsinin baş media sponsoru olan Trend, Day.Az, Milli.Az-a layihəyə olan dəstək üçün xüsusi təşəkkürünü bildirdi.

26 dekabr saat 16:00-da Xəzər Universitetinin Mərmər zalında Akademi PR Akademiyasının 2015-ci il üçün son təlim seminarı keçiriləcəkdir. Seminarın budəfəki qonağı MYAZERBAİJAN.AZ layihəsinin rəhbəri, ölkənin ən peşəkar fotoqrafı olmaqla yanaşı, PR-menecment üzrə çox dəyərli bilikərə sahib olan və bunu hər zaman gənclərlə bölüşən Orxan Aslanov olacaqdır. Seminarda həm də Akademi PR Company-nin əməkdaşları tərəfindən xüsusi olaraq hazırlanmış PR-ın 9 rəngi təlimi də tədris ediləcəkdir. İştirak etmək istəyənlər öz CV-lərini akademiprcompany@gmail.com e-mail-inə göndərə bilərlər. ƏLAQƏ: 012 449 81 56 050 747 47 87

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR