Bakı Nəqliyyat Agentliyi yaradıldı - FƏRMAN

Bakı Nəqliyyat Agentliyi yaradıldı - FƏRMAN
18:39 21 Dekabr 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət başçısı İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Lent.az-ın president.az-a istinadən məlumatına görə, Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə qərara alıb:

 

1. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılsın.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılsın ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görülsün.

 

3. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

4. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilsin.

 

6. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilsin.

 

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirilsin.

 

8. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin edilsin.

 

Nazirlər Kabineti

 

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin

 

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin

 

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin

 

9.4. Agentliyin fəaliyyətini təkrarlayan və paralel fəaliyyət göstərən qurumların işçilərinin sayının azaldılması ilə əlaqədar tədbirlər görsün

 

9.5. Agentliyi bina ilə təmin etsin, habelə onun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin.

 

9.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

27 İyul 2017 20:52

Həzrət Fatimeyi Məsumənin elmi məqamı

27 İyul 2017 20:52

Xanımları olduğunuzdan gənc göstərəcək saç modelləri - FOTO

27 İyul 2017 20:52

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

27 İyul 2017 20:47

Azərbaycanda 33 bələdiyyə sədrinin işi məhkəmələrə və prokurorluğa göndərilib

27 İyul 2017 20:47

Naxçıvanda bu il ərzində qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb

27 İyul 2017 20:47

“Panatinaikos”dan yeni transfer: “Qəbələ” ilə oyundan sonra açıqlanacaq

27 İyul 2017 20:47

Putin: “Tərbiyəsizliyə daim dözmək olmur..."

27 İyul 2017 20:45

Bərdədə ev yandı

27 İyul 2017 20:43

Dünyada bitcoin-bankomatların sayı bir ay ərzində 7% artıb

27 İyul 2017 20:42

Bitcoin "real deyil" - Hovard Marks

27 İyul 2017 20:42

Gözlənilməz əcəlin qarşısını necə almaq olar?

27 İyul 2017 20:42

Nabranda istirahət mərkəzində kütləvi dava – VİDEO - FOTO

27 İyul 2017 20:42

Müştərilərinə 1 milyard funt-sterlinq təzminat ödəyəcək

27 İyul 2017 20:37

Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkarlanıb - FOTO

27 İyul 2017 20:37

Azərbaycanın Almaniyadakı səfirinin “Business & Diplomacy” jurnalında məqaləsi dərc olunub

27 İyul 2017 20:37

Xəzərdə batan 8 nəfər xilas edilib

27 İyul 2017 20:37

Türkiyə şirkəti “Traktorsazi”yə sponsorluq edəcək

27 İyul 2017 20:37

Məşhur model əvvəllər qapıçı olubmuş - FOTO

27 İyul 2017 20:32

“Mədəniyyət” kanalı ilə AYB-in birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir

27 İyul 2017 20:27

WhatsApp-ın bu xüsusiyyətlərini bilirsinizmi?

27 İyul 2017 20:25

Balqabaq tumu yeyin, yuxunuz gəlsin

27 İyul 2017 20:22

Zərdabda işgüzar forum keçirilib

27 İyul 2017 20:17

"Microsoft" süni intellektli eynək buraxacaq

27 İyul 2017 20:12

BBF-in dəstəklədiyi "Keepface"in fəaliyyəti ölkə hüdudlarından kənara çıxıb

27 İyul 2017 20:07

Populyar aktrisa əri ilə istirahətə yollandı - FOTO

27 İyul 2017 20:05

Lənkəranda ağır qəza - 2 avtomobil toqquşdu

27 İyul 2017 20:03

Mingəçevir şəhər “Gənclər Evi”nə yeni direktor təyin olunub

27 İyul 2017 20:02

Bərdədə ev yanıb

27 İyul 2017 19:57

Bronxial astmanın növləri

27 İyul 2017 19:57

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

27 İyul 2017 19:56

Azərbaycanda daha bir institut doktorantura üzrə kadrlar hazırlayacaq

27 İyul 2017 19:52

“Biz səbirliyik, lakin hansısa məqamda cavab verməli olacağıq” - Putin

27 İyul 2017 19:52

Alimin niyyətilə tor atan kişi, nə çıxartdı?

27 İyul 2017 19:52

“Azərsu”da doktorantlar hazırlanacaq

27 İyul 2017 19:52

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var

27 İyul 2017 19:52

Bu kod telefonunuzu sıfırlayır

27 İyul 2017 19:50

“Vicdan haqqı”nın aktyoruna protez qoyulub - FOTO

27 İyul 2017 19:49

İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanıldı - FOTO

27 İyul 2017 19:48

Bərdədə yanğın

27 İyul 2017 19:44

Qiyamətin 50 keçidi nə mənasındadır?

27 İyul 2017 19:42

Türkiyə şirkəti “Traktorsazi”nin rəsmi sponsorlarından biri olub

27 İyul 2017 19:42

Klub üçün kamera qarşısına keçdi - FOTO

27 İyul 2017 19:37

Pulsuz mənzil paylayan ölkələr – SİYAHI - ŞƏRTLƏR

27 İyul 2017 19:37

İstanbulda 17 İŞİD üzvü saxlanılıb

27 İyul 2017 19:37

Dünyanın ən zəngin insanlarının reytinqində – YENİ LİDER

27 İyul 2017 19:37

Bülənt Ərsoy həmkarı ilə əlbəyaxa oldu

27 İyul 2017 19:35

İndoneziya sahillərində ZƏLZƏLƏ

27 İyul 2017 19:33

Penitensiar Xidmətin orta rəis heyətinə qulluğa qəbul edilən əməkdaşlar and içiblər

27 İyul 2017 19:27

Bir stəkan nanə çayı görün nələrə qadirdi?

27 İyul 2017 19:23