Yük maşını motosikletçini əzdi

Yük maşını motosikletçini əzdi
18:42 21 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, Şəkidə yol qəzası baş verib. Hadisə bu gün saat 16:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. Məmmədov Mahir Knyaz oğlunun idarə etdiyi 10 ZR 791 dövlət nömrə nişanlı yük avtomobili Əhmədov Rəvan Oqtay oğlunun idarə etdiyi  99 A 318 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Hadisədə xəsarət alan motosikletin sürücüsü Əhmədov Rəvan ağır kəllə-beyin travması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR