​Mədəniyyət və Turizm Nazirliyi 7 mədəniyyət işçisini cəzalandırıb

18:42 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nazir: "Turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır" (22 İyun 2017 16:17)
Xalq artisti Filarmoniyaya direktor təyin edildi (22 İyun 2017 16:11)
Nazir Xalq artistinə vəzifə verdi (22 İyun 2017 15:43)

Nazir bildirib ki, iclasda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki Dram Teatrlarının yaradıcılıq fəaliyyəti və repertuar siyasəti, Turizm sənayesi nümayəndələrinin xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində fəaliyyəti və bunun ölkəni ziyarət edən əcnəbi turistlərin dinamikasına təsiri, Şirvan şəhər, Neftçala və Yardımlı rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində mövcud vəziyyət və kitabxana-informasiya şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, Bərdə, Saatlı və Göyçay rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Xüsusi Fəaliyyət Proqramı (2016-2020-ci illər)” layihəsinin qəbul olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi müzakirə olunacaq.
İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov məsələyə dair məruzə ilə çıxış edib. Qeyd olunub ki, filarmoniyanın nəzdində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Simli Kvarteti və Dövlət Fortepiano Triosu fəaliyyət göstərir. Bu kollektivlər Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən festivallarda, dövlət tədbirlərində fəal iştirak edirlər.
Həmçinin, bu illər ərzində filarmoniyanın maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, yeni musiqi alətləri alınıb. Bununla yanaşı, Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Bədii şuraların iclasları keçirilmir, kollektivlərin repertuarının yenilənməsi, bilet satışı lazımi səviyyədə deyil. Ölkənin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmır.
Filarmoniyanın direktoru Murad Adıgözəlzadə müəssisənin fəaliyyəti haqqında danışıb, keçirilən tədbirlər, təşkil olunan konsertlər haqqında məlumat verib.
Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmoniyasının ölkənin ən aparıcı mədəniyyət müəssisələrindən biri olduğunu vurğulayıb: “Elə buna görə də Dövlət Filarmoniyasının güclü fəaliyyət göstərməsi vacibdir. Bu mədəniyyət müəssisəsində istedadlı, peşəkar insanlar var. Filarmoniyanın kollektivləri ölkəmizdə keçirilən musiqi festivallarında, dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə yüksək səviyyədə çıxış edirlər. Amma, bununla yanaşı, idarəçilikdə çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir”.
Nazir vurğulayıb ki, Azərbaycan Dövlət Filarmoniyasının işini günün müasir tələblərinə uyğun qurulması, dünyanın aparıcı filarmoniyaları ilə əlaqələrin yaradılması, ölkəmizin zəngin musiqisinin təbliğ edilməsi üçün fəaliyyəti gücləndirilməli, yeni təşəbbüslər irəli sürülməlidir.
Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edilib.
Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edilib.
Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gürcüstan ordusunun hərbçisi intihar edib

27 İyun 2017 16:42

İzləyicisindən sual: "Afaq Aslan nə vaxt geyinəcək?"

27 İyun 2017 16:39

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu - VİDEO

27 İyun 2017 16:33

İtaliya klubu satışa çıxarıldı

27 İyun 2017 16:32

ABŞ Suriyaya hücum etdi: 62 mülki vətəndaş öldü

27 İyun 2017 16:28

ABŞ səfirinin oğlu Bakıda fotosərgi keçirəcək

27 İyun 2017 16:27

"Qəbələ"dən ayrıldı, Polşa klubuna getdi

27 İyun 2017 16:27

Dünyanın ən məşhur snayperləri - 2430 metr məsafədən... - FOTOLAR

27 İyun 2017 16:23

Qadın həbsxanasında biabırçılıq - FOTO

27 İyun 2017 16:22

Azərbaycanda ən gözəl məhbusun həyat hekayəsi...

27 İyun 2017 16:18

"Differdanj" bu gecə gəlir

27 İyun 2017 16:17

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

27 İyun 2017 16:15

2-3-cü əsrlərə aid insan cəsədləri tapıldı: "Yanğından qaçırlarmış..." - FOTOLAR

27 İyun 2017 16:13

Yeni trend: paltar əvəzinə qarpız - FOTOlar

27 İyun 2017 16:12

Vidalın Ronaldo barədə sözləri təhrif olunub

27 İyun 2017 16:12

Yaşar Nurinin

27 İyun 2017 16:12

FHN dənizdə batan şəxsi xilas etdi

27 İyun 2017 16:09

Çində ikinci torpaq sürüşməsi

27 İyun 2017 16:05

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 16:03

Lənkəranda avtomaşın mağazaya çırpılıb

27 İyun 2017 16:02

İlham Əliyev “Naməlum əsgər” abidəsini ziyarət edib

27 İyun 2017 15:59

"Mladost" biletləri satışa çıxartdı - NEÇƏYƏ?

27 İyun 2017 15:57

Pato: "Real"a keçə bilərdim, amma üstünlüyü "Milan"a verdim"

27 İyun 2017 15:52

Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

27 İyun 2017 15:50

Senator: “ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək”

27 İyun 2017 15:47

Səbzi-qovurma plovun hazırlanması

27 İyun 2017 15:46

"Google" cərimələndi - 2.7 milyard dollar

27 İyun 2017 15:42

Bakı-Qazax yolunda dörd avtomobil toqquşub

27 İyun 2017 15:38

"Mladost" - "İnter" matçını canlı izləyə biləcəyikmi? - SON DURUM

27 İyun 2017 15:37

Obama xanımı və qızları ilə Balidə - FOTO

27 İyun 2017 15:37

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

27 İyun 2017 15:35

Bakı-Qazax yolunda 4 avtomobil toqquşdu

27 İyun 2017 15:34

ATV-nin əməkdaşı ağır yol qəzası törətdi

27 İyun 2017 15:34

Altıntop Bundesliqa klubu ilə yollarını ayırdı

27 İyun 2017 15:32

Bikinili nüvə elektrostansiyası işçiləri - FOTOLAR

27 İyun 2017 15:28

Moralesdən ABŞ-a İTTİHAM: "Narkotrafikin artmasında günahkardır"

27 İyun 2017 15:27

Ermənistan hərbi rəhbərliyinin nitqi niyə tutuldu? - FOTO

27 İyun 2017 15:22

Azərbaycan-Polşa sənədləri imzalandı

27 İyun 2017 15:19

İsveç sevinir: Bir nəfəri əsirlikdən xilas ediblər

27 İyun 2017 15:18

Azərbaycan-Polşa sənədləri imzalanıb

27 İyun 2017 15:18

"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"

27 İyun 2017 15:17

"Barsa"nın 70 milyon avrosuna "yox" dedilər - SON DURUM

27 İyun 2017 15:17

Azərbaycan-Polşa sənədləri imzalanıb (FOTO)

27 İyun 2017 15:15

Ana və qızını bıçaqlayan şəxs tutuldu

27 İyun 2017 15:14

"Kara sevda" azərbaycanlı gəncin ideyasını oğurladı - VİDEO

27 İyun 2017 15:12

Tramp üçün gözlənilməz faiz ŞOKU: İlk yerdə elə ABŞ gəlir

27 İyun 2017 15:08

Bakı-Qazax magistralında iki yük maşını və minik avtomobili toqquşub, xəsarət alanlar var

27 İyun 2017 15:07

Hollandiyadan tarixi soyqırım qərarı

27 İyun 2017 15:05

Oyun zamanı hakimi döyən 18 yaşlı hokkeyçi azadlıqdan məhrum edilib

27 İyun 2017 15:02

Məlahət Abbasova: "Açıq-saçıq, öpüşmə və..."

27 İyun 2017 15:02