Bakı, 21 dekabr, AZƏRTAC
Xəzər Universitetində tələbələr üçün sosioloji araşdırmalar üzrə təlimlər keçirilir. Təlimdə iştirak edən tələbələrə internet üzərindən anket sorğularının hazırlanması, sosioloji araşdırmaların metodologiyası, sorğu texnologiyaları və s. üzrə universal biliklər öyrədilir.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, təlimlər Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, assosiasiyanın təşkilati dəstəyi ilə həyata keçirilən “Gənclər üçün sosioloji araşdırmalar üzrə ustad dərsi” layihəsi çərçivəsində təşkil olunur.
Təlimdən sonra gənclər sahəsinə həsr olunmuş mövzularda internet sorğular həyata keçiriləcək.
Layihənin sonunda iştirakçılara sertifikat və mükafatlar təqdim olunacaq.
2016-cı ilin yanvar ayında başa çatacaq təlimlərdə iştirak etmək üçün gənclər ayfproject@gmail.com ünvanına CV göndərə bilərlər.