Yazıçı Natiq Rəsulzadə prezident təqaüdü alacaq

Yazıçı Natiq Rəsulzadə prezident təqaüdü alacaq
19:12 21 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev N.R. Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/392022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR