Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
19:13 21 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.
İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Sumqayıt, Mingəçevir və Şəki Dram teatrlarının fəaliyyəti, turizm sənayesi nümayəndələrinin xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirakı və bunun ölkəni ziyarət edən əcnəbi turistlərin dinamikasına təsiri, Şirvan şəhər, Neftçala və Yardımlı rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində mövcud vəziyyət və kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Həmçinin, Bərdə, Saatlı və Göyçay rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Xüsusi Fəaliyyət Proqramı (2016-2020-ci illər)” layihəsinin qəbul olunması, Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi müzakirə edilib.
Müzakirə olunan məsələlərə dair məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Məruzələr və çıxışlardan sonra kollegiyanın qərarı ilə bır sıra mədəniyyət ocaqlarının rəhbərlərinə şiddətli töhmət, ciddi xəbərdarlıq və xəbərdarlıq edilib.
Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Turizm_Nazirliyinin_kollegiya_iclasi_kechirilib-913056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR