Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayırdı - SƏRƏNCAM
19:14 21 Dekabr 2015
137 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən,  prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayrılıb.

 

Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə, digər məsələləri həll edilməsi isə Nazirlər Kabinetinə tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR