Zərdab sakininin başı kəsildi

Zərdab sakininin başı kəsildi
13:34 30 Dekabr 2014
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərhumun böyük qardaşı da 1 il 6 ay əvvəl Rusiyada öldürülüb

 

 

Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb.


 

Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

 

Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.

 

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.

 

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR