Respublika Uşaq Kitabxanasının 50 illiyi keçiriləcək

Respublika Uşaq Kitabxanasının 50 illiyi keçiriləcək
19:21 21 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubiley tədbiri keçiriləcək.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 1965-ci il yanvar ayının 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılmış F.Köçərli adına Respublika Uşaq Kitabxanası hazırda uşaq kitabxanaları üzrə elmi-metodiki mərkəz funksiyasını yerinə yetirir.

Kitabxana ölkədə keçirilən tədbirlərdə iştirak etməklə yanaşı, MDB və dünyanın bir çox inkişaf etmiş dövlətlərində təşkil olunan tədbirlərdə Azərbaycanı təmsil etmiş, İsveçrə, Türkiyə, Moldova, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Yaponiya və digər ölkələrin kitabxana cəmiyyətləri ilə interaktiv əlaqələr yaradıb. Beynəlxalq Uşaq Kitabı Şurasının üzvü olan F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən gənc nəslin inkişaf etməsi, uşaqlarda vətənpərvərlik hisslərinin güclənməsi, təhsilə marağın artırılması məqsədilə “Göy qurşağı” adlı uşaq jurnalı təsis edilib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR