Manatın ucuzlaşmasının daha bir təsiri

Manatın ucuzlaşmasının daha bir təsiri
19:31 21 Dekabr 2015
195 Digər
Ölkə mətbuatı
A- A+

Manatın dollara nisbətdə yeni məzənnəsinə uyğun olaraq, dövlət tərəfindən tənzimlənən dərman preparatlarının qiymətlərinə yenidən baxılacaq. Bu barədə ANS PRESS-ə Tarif (qiymət) Şurasından bildiriblər.

Şuradan deyiblər ki, dərman preparatlarının qiymətləri 10 əsas ölkədəki - Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya - qiymət əsasında formalaşır: "Dərmanlar xarici valyutada alınır, buna görə də qiymətlərə yenidən baxılmasına ehtiyac var".

Qeyd edək ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 2282 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.



Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə başlayıb.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 0,501 manat artıb. İndi bir dollar 1,5500 manat olub.

Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1,6850 manata yüksəlib.

Bu bahalaşma Rusiya valyutasından da yan keçməyib. İndi bir rubl 0,0218 manatdır.




Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR