Bələdiyyələrin SİYAHIsı dəyişdi

Bələdiyyələrin SİYAHIsı dəyişdi
19:32 21 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1408-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1408-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

X X X 

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. "Ağcabədi rayonu" bölməsi üzrə:

1.1. 8.42-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qiyaməddinli" sözü "Yuxarı Qiyaməddinli" sözləri ilə əvəz edilsin.

2. "Ağdam rayonu" bölməsi üzrə:

2.1. 9.13-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Baharlı" sözü "Gül Baharlı" sözləri ilə əvəz edilsin.

3. "Ağdaş rayonu" bölməsi üzrə:

3.1. 10.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Yeniarx" sözü "Aşağı Qobuüstü" sözləri ilə əvəz edilsin.

4. "Astara rayonu" bölməsi üzrə:

4.1. 13.10-cu sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Telman" sözü "Çayoba" sözü ilə əvəz edilsin.

5. "Bərdə rayonu" bölməsi üzrə:

5.1. 16.27-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qazaxlar" sözü "Birinci Qazaxlar" sözləri ilə əvəz edilsin.

6. "Cəlilabad rayonu" bölməsi üzrə:

6.1. 18.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Kövüzbulaq" sözü "Soyuqbulaq" sözü ilə, "Badamağac" sözü "Güneyli" sözü ilə əvəz edilsin;

6.2. 18.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Təzəkənd" sözü "Çəmənli" sözü ilə əvəz edilsin.

7. "Gədəbəy rayonu" bölməsi üzrə:

7.1. 22.15-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qasımağalı" sözü "Çaykənd" sözü ilə əvəz edilsin;

7.2. 22.21-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qurudərə" sözü "Gülallı" sözü ilə əvəz edilsin;

7.3. 22.23-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Yenikənd" sözü "Qızılqaya" sözü ilə, "Arabaçı" sözü "Çiçəkli" sözü ilə əvəz edilsin.

8. "Göyçay rayonu" bölməsi üzrə:

8.1. 24.8-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Cəyirli" sözü "Şıxlar" sözü ilə əvəz edilsin.

9. "Xaçmaz rayonu" bölməsi üzrə:

9.1. 27.18-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "İlxıçı" sözü "Məmmədxanlı" sözü ilə əvəz edilsin.

10. "İsmayıllı rayonu" bölməsi üzrə:

10.1. 30.5-ci sətirdə "Cülyan" sözü hər iki halda "Yuxarı Cülyan" sözləri ilə əvəz edilsin.

11. "Kürdəmir rayonu" bölməsi üzrə:

11.1. 31.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qarabucaq" sözü "Axtaçı Qarabucaq" sözləri ilə əvəz edilsin.

12. "Quba rayonu" bölməsi üzrə:

12.1. 36.4-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Digah" sözü "Yuxarı Digah" sözləri ilə əvəz edilsin.

13. "Tərtər rayonu" bölməsi üzrə:

13.1. 51.1-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qapanlı" sözü "Aşağı Qapanlı" sözləri ilə əvəz edilsin;

13.2. 51.6-cı sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Təzəkənd" sözü "Ağkənd" sözü ilə əvəz edilsin;

13.3. 51.18-ci sətirdə "Qapanlı" sözü hər iki halda "Yuxarı Qapanlı" sözləri ilə əvəz edilsin;

13.4. 51.19-cu sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qaradağlı" sözü "Yuxarı Qaradağlı" sözləri ilə əvəz edilsin;

13.5. 51.23-cü sətirdə "Sarıcalı" sözü hər iki halda "Yuxarı Sarıcalı" sözləri ilə əvəz edilsin;

13.6. 51.28-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qapanlı" sözü "Alışarlı" sözü ilə əvəz edilsin.

14. "Ucar rayonu" bölməsi üzrə:

14.1. 53.4-cü sətirdə "Çiyni" sözü hər iki halda "Yuxarı Çiyni" sözləri ilə əvəz edilsin.

15. "Zaqatala rayonu" bölməsi üzrə:

15.1. 56.7-ci sətirdə "Dombabinə" sözü hər iki halda "Üçüncü Tala" sözləri ilə əvəz edilsin;

15.2. 56.9-cu sətirdə "Əli Bayramlı" sözləri hər iki halda "Dağlı" sözü ilə əvəz edilsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR