Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər

İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər

Ruhaninin Rusiyaya səfər tarixi açıqlanıb (23 Mart 2017 16:53)
Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaldır (11 Mart 2017 13:53)
Azərbaycana narkotiklər BU ÖLKƏLƏRDƏN gətirilir (10 Mart 2017 11:57)

Tarix: 21 Dekabr 2015 19:38


Tehran, 21 dekabr, AZƏRTAC
İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər. Bunun üçün Azərbaycanın geniş nəqliyyat infrastrukturu mövcuddur.
Bu sözləri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tehranda İran və Azərbaycanın iş adamlarının iştirakı ilə keçirilən biznes forumda deyib.
Ş.Mustafayev nəzərə çatdırıb ki, hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində iş aparılır.
Nazirin sözlərinə görə gələn ilin yanvar ayında Azərbaycan, İran və Gürcüstanın dəmir yolları idarələrinin rəhbərləri görüşəcəklər. Görüşdə tranzit yüklərin daşınmasının sadələşdirilməsi və bununla bağlı digər məsələlər müzakirə ediləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Teqlər:  İran yüklərinin Rusiyaya daşınması Azərbaycan tranzit ölkə istifadə oluna bilər



RƏYLƏR


Top xəbərlər