Oqtay Əsədov: Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşmasına hər cür kömək etməyə hazırdır

19:43 21 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri İsmail Kahramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, sədr qonaqları səmimi salamlayaraq, İsmail Kahramanın 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin Sədri seçilməsi münasibəti ilə təbrik etdi. Ona bu məsuliyyətli vəzifədə uğurlar arzuladı. Spiker belə bir inamı ifadə etdi ki, qarşıdakı illərdə də Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasındakı münasibətlər yüksələn xətlə inkişaf edəcəkdir.

Sədr noyabrın 1-də həm Azərbaycanda, həm də Türkiyədə keçirilən seçkilərdən sonra formalaşmış parlamentlərin sədrlərinin qısa zaman kəsiyində görüşlərini önəmli hesab etdi. Ümidvar olduğunu bildirdi ki, bu cür görüşlər mütəmadi xarakter daşıyacaqdır. Qeyd edildi ki, Türkiyədəki seçkilərdən sonra bu ölkənin rəsmiləri ilk səfərlərini məhz Azərbaycana edirlər. Əlbəttə ki, bu, qürurvericidir! Bu, bizim sarsılmaz dostluğumuzdan xəbər verir. Ümidvaram ki, başqa dövlətlər üçün nümunə olacaq bu münasibətlər və bu ənənə gələcəkdə də qorunub saxlanacaq, daha da inkişaf etdiriləcəkdir.

Spiker əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşlərini və aparılan danışıqların əhəmiyyətini xüsusi vurğuladı. Bildirildi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Hal-hazırda Azərbaycanda 2660-dan çox Türkiyə şirkətləri, qardaş ölkədə isə 1360-dan çox Azərbaycan şirkətləri fəaliyyət göstərirlər. Biz 2020-ci ilədək Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoymaq niyyətindəyik.

Parlamentlər səviyyəsində əlaqələrimiz də təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.

Sədr regionda yaranmış son vəziyyətlə əlaqədar fikirlərini açıqlayaraq, yaxın qonşumuz Rusiya ilə dostluq münasibətlərdə olduğumuz Türkiyə arasında münasibətlərin tezliklə normallaşacağına inamını ifadə etdi. Bunun üçün Azərbaycan tərəfinin hər cür köməklik etməyə hazır olduğunu söylədi.

Sədr Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu prinsipial mövqeyə görə bir daha minnətdarlığını bildirdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri İsmail Kahraman spiker kimi ölkəmizə ilk səfərindən və buradakı görüşlərdən məmnun qaldığını söylədi. O, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışaraq, nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda da strateji tərəfdaş kimi ortaq mövqedən çıxış etmələrini yüksək dəyərləndirdi.

Bildirildi ki, bu günədək Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində investisiya qoymuş, Azərbaycan isə öz növbəsində 9 milyard ABŞ dolları həcmində Türkiyə iqtisadiyyatına yatırımlar etmişdir. Hər iki ölkə regionda qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə işə düşməsi isə dünyanın bu bölgəyə marağını və diqqətini daha da artıracaqdır.

Qonaq Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, problemin sülh yolu ilə tezliklə həllinə inamını ifadə etdi.

İsmail Kahraman son dövrdə regionda yaranmış mürəkkəb bir dönəmdə Azərbaycanın tutduğu mövqeyə və hadisələrə həssaslıqla yanaşmasına görə minnətdarlığını bildirdi.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Əhliman Əmiraslanov, deputatlardan Malik Həsənov, Nizami Cəfərov, Muxtar Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və digər rəsmi şəxslər iştirak edirdilər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtomobilinə bu elanı yazanlar CƏRİMƏLƏNƏCƏK: 50-2000 manat

21 Avqust 2017 16:03

Təbrizdə Zeynəb Paşaya həsr olunan tamaşa nümayiş etdiriləcək

21 Avqust 2017 15:57

FHN Gürcüstana helikopter göndərdi - MEŞƏ YANĞINLARINA

21 Avqust 2017 15:54

“Ətrafımda olanları görmürəm” – Nigar Camaldan sevgi etirafı

21 Avqust 2017 15:53

“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb

21 Avqust 2017 15:52

Nadir Qafarzadə: "Erməni düşmənim deyil və...

21 Avqust 2017 15:47

Rusiya səfirliyinin avtomobili qəzaya düşdü

21 Avqust 2017 15:43

Günəş tutulması ABŞ şirkətlərinə 694 mln. dollara başa gələcək

21 Avqust 2017 15:42

Rəqqasə Aytən küsülü olduğu həmkarı barədə: "Onun ritmi çatışmır"

21 Avqust 2017 15:39

Ağ-qara xananın piyadaları

21 Avqust 2017 15:37

“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb

21 Avqust 2017 15:35

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 15:35

Azərbaycanlı 2 milyon dollarlıq qaçaqmalla saxlanıldı - Qazaxıstanda

21 Avqust 2017 15:34

“Rabitə işi”ndə məhkum olunanlar bəraət istəyir

21 Avqust 2017 15:33

Avtobusda qulaqlarımıza "təcavüz" edən mahnılar

21 Avqust 2017 15:29

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

21 Avqust 2017 15:27

Zəvvarlar bu tarixdə yola düşəcək

21 Avqust 2017 15:23

Xəzərdə batan şəxsin meyiti tapıldı

21 Avqust 2017 15:19

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

21 Avqust 2017 15:18

Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Avqust 2017 15:17

"Rabitə işi"ndə təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib

21 Avqust 2017 15:17

Bu ilin 7 ayında Azərbaycanda 35,8 min nəfərdən çox şəxs işlə təmin edilib

21 Avqust 2017 15:17

İlham Əliyev Vilyam Hacıyevi ordenlə təltif etdi

21 Avqust 2017 15:16

Daha bir icra başçısı orden aldı - SƏRƏNCAM

21 Avqust 2017 15:14

Ev heyvanını küçəyə atan 1 il həbs olunacaq - Xüsusi qurum yaradılır

21 Avqust 2017 15:13

Metbuat.az-ın məşhur qonağı Elariz Məmmədoğlu

21 Avqust 2017 15:10

Qazaxıstan sərhədçiləri azərbaycanlıya məxsus 2 milyonluq qaçaqmal tutdu

21 Avqust 2017 15:08

Həştərxan vilayətinin nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər edəcək

21 Avqust 2017 15:07

“Ölü”nün qıdığı gəlməz...

21 Avqust 2017 15:07

BMT rəsmisi: “Kişilərin sayının çoxalması kriminogen durumun daha da ağırlaşması ilə nəticələnir”

21 Avqust 2017 15:02

Sumqayıtda dövlət idarəsindən oğurluq edilib

21 Avqust 2017 14:59

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

21 Avqust 2017 14:57

"Ovsun yoxdu" deyənlər üçün: Bir dəfə baxın, Luşpin sizi başqa dünyaya aparacaq - FOTOLAR

21 Avqust 2017 14:53

“Üç nöqtə”də günahlarını yada salan Murad Arif: “Bu, kişinin acizliyidir”

21 Avqust 2017 14:48

Azərbaycan: Doğuşda kişilər də iştirak edəcək

21 Avqust 2017 14:44

Türkiyə və İran terror təşkilatına qarşı BİRLƏŞDİ

21 Avqust 2017 14:43

“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

21 Avqust 2017 14:35

ABŞ Rusiya vətəndaşlarına viza məhdudiyyəti qoydu

21 Avqust 2017 14:34

Azərbaycanda şairlərin növbəti QALMAQALI: “Arvad hesabına çörək yeyən...” - FOTOLAR

21 Avqust 2017 14:33

Rəqsanənin qızı, açıq-saçıq geyim, şıdırğı rəqs...

21 Avqust 2017 14:33

Azərbaycan pavilyonu "EXPO-2017"-də TOP-5-ə daxil olub

21 Avqust 2017 14:32

Uşaqlarınıza ayaqqabı alarkən bunlara DİQQƏT EDİN - FRANSIZ PEDİATRDAN XƏBƏRDARLIQ

21 Avqust 2017 14:28

BAKI: Dilənçilik edən 11 nəfər saxlanılıb

21 Avqust 2017 14:25

ABŞ Rusiyada qeyri-immiqrasiya vizalarının verilməsini dayandırır

21 Avqust 2017 14:22

Azərbaycanda 60 minə yaxın insan Prezident təqaüdü alır

21 Avqust 2017 14:22

Azərbaycanlı rejissor Elzanı təhqir etdi – FOTOFAKT

21 Avqust 2017 14:18

Göbələk şorbasının hazırlanması

21 Avqust 2017 14:17

Müğənni Xatirə HƏBS EDİLDİ - SON DƏQİQƏ

21 Avqust 2017 14:13

Dövlət idarəsindən oğurluq edən şəxs tutulub

21 Avqust 2017 14:10

Azərbaycanda quduzluğa qarşı yeni sənəd hazırlanır

21 Avqust 2017 14:09