Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 9-cu konfransında təmsil olunur

Azərbaycan İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 9-cu konfransında təmsil olunur

Date: 21 December 2015 19:43


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Nigerin paytaxtı Niyami şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin 9-cu konfransının hazırlıq iclası keçirilib. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı təmsil edib.
AZƏRTAC xəbər verir ki, dekabrın 23-də İƏT-ə üz ölkələrin turizm nazirlərinin konfransı işə başlayacaq. Tədbiri Niger Respublikasının Prezidenti Mahamadu İssufu açacaq. Tədbirdə İƏT-in baş katibi İyad Əmin Mədəni də iştirak edəcək.
İƏT baş katibinin iqtisadi işlər üzrə köməkçisi, səfir Həmid Obiliru çıxışında tədbirin gündəliyinə salınmış əsas məsələlərdən danışıb. O, 2017-2018-ci illər üçün İslam turizm paytaxtı seçiləcək namizəd şəhərlərin adlarını elan edib. Bildirib ki, bu siyahıda Mədinə (Səudiyyə ərəbistanı) Təbriz (İran) , Yəzd (İran), Tayping (Malayziya), Silhet (Banqladeş), Yaqrhat (Banqladeş) və Mard (Türkiyə) kimi şəhərlər yer alıb.
Qeyd edək ki, 2015-ci il üçün İslam turizm paytaxtı Qüds, 2016-cı il üçün isə Konya şəhərləri seçilib.
İclasda, həmçinin İƏT ölkələri arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün gələn iki ili əhatə edən işlərin yerinə yetirilməsi ilə bağlı xüsusi proqram müzakirə edilib. Proqramda ərəb, ingilis və fransız dillərində İƏT-in islam turizm portalının yaradılması da nəzərdə tutulur.
İclasda, eyni zamanda İƏT-in münasib müəssisələrinin hazırladıqları (Ankara mərkəzi, İRCİCA, Kasablanka mərkəzi, İSESCO, Ticarət, Sənaye və Kənd təsərrüfatı üzrə İslam Palatası) məruzələr də dinləniləcək.

Tags:  Azərbaycan İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 9-cu konfransında təmsil olunur


RƏYLƏR


Top news