Azərbaycan TAP-dan imtina etməlidir - TƏKLİF

Azərbaycan TAP-dan imtina etməlidir - TƏKLİF
20:04 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın “Şahdəniz II” yatağından çıxan təbii qazın Avropaya nəqlini nəzərdə tutan “Trans Adriatic Pipeline” (TAO) layihəsinin gerçəkləşməsi hələ də sual altındadır. Səbəb isə qeyri-adi deyil - layihənin icrası üçün tranzit imkanlar təklif edən ölkələr, ilk növbədə Yunanıstan TAP-dan siyasi divident qazanmaq üçün istifadə etməyə çalışır və bununla kəmərin çəkilişi üçün daş daş üstə qoymur. Layihəyə əsasən uzunluğu 800 kilometr olacaq qaz kəmərinin 478 kilometri Yunanıstan ərazisindən Albaniyaya uzanır, oradan Adriatik dənizinin altı ilə çəkiləcək 105 kilometrlik kəmər Azərbaycan qazını İtaliyaya çatdırır. Kifayət qədər bahalı olan kəmərin inşası üçün çəkilən xərclər özünü artıqlaması ilə doğruldur. Lakin Avropada siyasi və iqtisadi böhran iştirakçı dövlətlərin layihəyə nəinki marağını azaldır, eyni zamanda bu dövlətlər tranzit imkanlarını digər tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Yunanıstan və Albaniyanın iqtisadi durumu zatən məlumdur, Afina həm də özünün ön kiçik strateji üstünlüklərindən belə Avropaya, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Kəməri kim inşa etməlidir? Azərbaycan kəmərin inşasında maraqlıdır, çünki TAP “Şahdəniz II” qazının Türkiyə üzərindən Avropaya daşınması üçün əlavə imkanlar yaradır. Avropa da nəzəri baxımdan TAP layihəsinin gerçəkləşməsində maraqlıdır, Azərbaycan qazı Avropanın həm Rusiyadan enerji asılılığını azaldacaq, həm də enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyasına imkan yaradacaq. Yunanıstan da layihəyə ayrıca maraq göstərir - TAP bu ölkənin ərazisindən keçdiyinə görə həm Yunanıstanın enerjiyə olan tələbatının böyük qismi ödənəcək, eyni zamanda Afina layihənin iştirakçısı kimi daha ucuz qiymətə qaz ala biləcək. Bundan başqa tranzit haqqı olaraq Yunanıstanın istər yanacaq formasında, istərsə nağd pul şəklində tranzit imkanlarını maddiləşdirmək imkanı yaranacaq. Nəzəri baxımdan TAP-ın  inşasının başa çatmasında ilk növbədə Avropa, o cümlədən Yunanıstan maraqlı olmalıdır.

 

Lakin bu maraq özünü işdə göstərmir. Ortaya “bəs kəməri kim inşa edəcək” sualı çıxır və nədənsə Avropa bu istiqamətdə də atılacaq addımları Azərbaycandan gözləyir. Məntiqi baxımdan bu məsələdə diktə edən tərəf Azərbaycan olmalıdır. Azərbaycan zatən “Şahdəniz II”də hasil olunan qazı TANAP layihəsi vasitəsilə Türkiyə ərazisinə çatdırmaq imkanına sahibdir. Buradan qazın “Köhnə Dünya”ya ötürülməsində Azərbaycandan çox Avropa özü maraqlı olmalıdır. Avropalıların davranışları göstərir ki, onlar layihənin inşasını ləngitməklə Azərbaycanı bu məsələdə də maddi təşəbbüskarlıq göstərəcəyinə ümid bəsləyirlər. Məntiq və hesablama belədir - Azərbaycan Avropa bazarını, buradakı alıcıları itirməmək üçün son nəticədə TAP-ın Yunanıstandan keçəcək hissəsini maliyyələşdirmək üçün vəsait ayırmağa razılaşacaq, çünki Afinanın buna imkanı olmadığını Bakı da yaxşı bilir.

 

Amma hesablamalar səhvdir, yaxud mövcud geosiyasi durum avropalıların TAP-ı ləngitmək hesablamalarını alt-üst edir. Azərbaycanın öz qazını satmaq üçün alternativləri kifayət qədərdir. Türkiyənin mavi yanacağa tələbat hər il artır, Rusiya və İranın Ankara ilə siyasi münasibətlərinin gərginləşməsi fonunda bazarda yaranan boşluğun Azərbaycan qazı imkanına doldurulması onsuz da bir alternativ kimi nəzərdən keçirilir. TANAP layihəsi ildə 10 milyard kubmetr qazın Türkiyə ərazisindən keçərək Yunanıstan sərhədinə çatdırılmasını nəzərdə tutur. Artıq bu qaza Türkiyənin özünün ciddi ehtiyacı var. Rusiyanın Türkiyəyə nəql etdiyi qazın həcmini azaldacağı ilə bağlı manipulyasiyaları, üstəlik İranın ən çox ehtiyac duyulan vaxtda Türkiyəyə satdığı qazın həcmini artırmaqdan imtina etməsi faktları var və bu faktlar Ankaranı ciddi düşünməyə məcbur edir. Şimali İraqdan qaz nəqlinə başlayan Türkiyə tələbatın bir qismini də “Şahdəniz II” qazı hesabına təmin etməsin? “Əvvəl evin içi, sonra çölü” prinsipi Türkiyənin durumuna daha uyğun gəlir və “Şahdəniz II” qazının tam alıcısına çevrilməsi ehtimalını artırır.

 

Ən nəhayət, Avropa hər zaman Rusiyanı enerji faktorundan siyasi təzyiq vasitəsi kimi istifadədə günahlandırıb. Kifayət qədər əsaslandırılmış ittihamlardır, lakin nəzərə almaq lazımdır ki, Avropa özü də böyük həcmdə enerji alıcısı olması faktını zaman-zaman siyasi təzyiq vasitəsinə çevirir. Xəzər qazı Avropa üçün alternativ enerji mənbəyi olsa da, “Köhnə Dünya” bu üstünlükdən yararlanmaq əvəzinə, Azərbaycana “müştəri həmişə haqlıdır” prinsipi ilə yanaşaraq öz maraqlarını diktə etməyə çalışır.

 

Nəticə isə Avropanın enerji xəritəsini kökündən dəyişəcək TAP kimi layihələrin arxa plana keçirilməsi və gündəmdən düşməsidir. “Müştəri həmişə haqlıdır” prinsipi enerji bazarına uyğun gəlmir, bu bazarda diktə edən tərəf enerji daşıyıcıları təklif edən tərəfdir. Təkcə OPEK-in neftin qiymətlərini tənzimləməsini xatırlatmaq yerinə düşər. Avropaya qaz nəqli məsələsində də Azərbaycan diktə edən tərəf olmalıdır. Bu işə elə TAP layihəsindən imtina etməklə başlamaq olar. Onsuz da bu məsələdə Azərbaycanın itirəcəyi heç nə yoxdur. Satan məlum, alan məlum...

 

Vüqar MƏSİMOĞLU, APA ANALİTİK MƏRKƏZİ

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

AŞPA-nın sədrini istefaya göndərə biləcək yeni reqlament qəbul edilib

27 İyun 2017 14:37

Nigeriyaya eyni anda 7 hücum: Ölənlər var

27 İyun 2017 14:37

Azərbaycan və Polşa Prezidentlərinin geniş tərkibdə görüşü

27 İyun 2017 14:34

Türkiyənin 72 yaşlı ulduzu ağzını yuma bilmir - FOTO

27 İyun 2017 14:33

Hazırlanmasına 17 il sərf olunan ilk Azərbaycan-Çin dili lüğəti təqdim edilib

27 İyun 2017 14:27

"Mənə iyrənc təkliflər edirlər" - Rəqqasə Oksana - VİDEO - FOTO

27 İyun 2017 14:27

CNN-in 3 jurnalisti istefa verdi - XƏBƏR SİLİNDİ DEYƏ

27 İyun 2017 14:23

ABŞ-ı fəth edən Üzeyir: "Heç inanmırdım ki, ABŞ-da məşhurlaşa bilərəm" - VİDEO

27 İyun 2017 14:22

AŞPA-da "əcinnə ovu": Aqramunt vəzifədən gedə bilər

27 İyun 2017 14:19

Çempionlar Liqasında yeni mövsüm başlayır

27 İyun 2017 14:17

Ramiz Əzizbəyli: "Afaq Bəşirqızı qələt edir..."

27 İyun 2017 14:16

Məsut Özil məşhur modellə eşq yaşayır – Həftəsi 1.2 milyona... - FOTOLAR

27 İyun 2017 14:13

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib

27 İyun 2017 14:12

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

27 İyun 2017 14:12

"Qarabağ"ın məşqi

27 İyun 2017 14:10

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

27 İyun 2017 14:07

30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

27 İyun 2017 13:58

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: Ağılasığımaz XƏYANƏT - FOTO

27 İyun 2017 13:57

Xalq artisti Qəndab Quliyeva dəfn olunub

27 İyun 2017 13:57

Tanınmış KVN-çi hərbi xidmətdə...

27 İyun 2017 13:54

Boliviya prezidenti: Dünyada narkotrafikin artmasında günahkar ABŞ-dır

27 İyun 2017 13:50

Əmziklə bəslənən balıqlar - VİDEO

27 İyun 2017 13:48

Ağcabədi sakini əməliyyat masasında ölüb

27 İyun 2017 13:42

"Onu gənc qızla zina edərkən tutdum" - FOTO

27 İyun 2017 13:42

Qadının telefonunu əlindən alan keçmiş məhkum tutuldu

27 İyun 2017 13:39

17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)

27 İyun 2017 13:38

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 13:37

Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

27 İyun 2017 13:37

Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO

27 İyun 2017 13:37

Uşaqlara meyl edən ailəli qadın ehtirasının qurbanı oldu - FOTO

27 İyun 2017 13:32

Yaşar Cəlilov rəqibləri haqda danışdı

27 İyun 2017 13:32

Arda Turan üçün 65 milyon avro

27 İyun 2017 13:27

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54