Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması ilə bağlı Protokol təsdiq edildi

Date: 21 December 2015 20:08

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında 2015-ci il noyabrın 24-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına bildiriş göndərmək tapşırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Aviasiya Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması bağlı Protokol təsdiq edildi

RƏYLƏR


Top news